Ukraynanın müdafiə naziri Stepan Poltorak ölkənin cənub şərqində aparılan xüsusi əməliyyatda iştirak edən birləşmələrin hamısı Ukrayna ordusunun tərkibinə daxil edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında bildirilir.
“Ukrayna prezidentinin göstərişinə əsasən, antiterror əməliyyat zonasında bütün hərbi birləşmələr Ukrayna Silahlı Qüvvələrin və Milli Qvardiyanın tərkibinə daxil edilib”, deyə məlumatda bildirilir.
Stepan Poltorak döyüş bölgəsində və təmas xəttində hazırda könüllü və digər silahlı birləşmələrin olmadığını qeyd edib.