Bu gün xalq artisti Arif Quliyevin doğum günüdür. Arif Quliyev 14 may 1950-ci ildə anadan olub.
Moderator.az-a açıqlamasında A.Quliyev doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
“Bu gün 69 yaşım tamam olur. Yetmişə doğru gedirəm. Elə də təmtəraqlı ad günümü keçirməyi xoşlamıram. Qocalıq zirvəlikdir. Əsas 70 yaşımdı, görüm alınsa, bir konsert verəcəm. Bu gün doğum günü olan bütün dostları təbrik edirəm. Əsas yaş deyil, can sağlığıdır. Hamıya özüm də daxil olmaqla cansağlığı arzu edirəm”.
A.Quliyev bildirib ki, o, dəqiq nə vaxt doğulduğundan xəbərsizdi:
“İnternatda sənədlərimə 16 mayda doğulduğumu yazıblar. Heç dəqiq bilmirəm ki, hansı gündə doğulmuşam. Vikipediyada isə 14 may yazıblar”.