DİN Baş İstintaq və Təhqiqat İdarəsinə yeni rəis təyin edilib

3

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində kadr dəyişikliyi olub.

Azadinform xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polkovnik-leytenant Mirhəşimov Anar Böyükağa oğluDİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini – Təhqiqat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Vüqar İsmayılov sağlamlığında yaranan problemlə əlaqədar öz raportu əsasında təqaüdə göndərilib.