Demokratiya pərdəsinə bürünənlərin xaos və terror cəhdi

2 Aprel 2018 - 15:03

 

 

Yaxud Azərbaycanı təhdid edənlərin əsl həqiqətləri

Xaricdən başlanan və əsas oyunçuları deyil, yalnız kamikadzeləri görünən təhqir, şantaj, söyüş, hədə-qopxuyla dolu VİRTUAL TERROR YÜRÜŞÜ nə siyasi davadır, nə də hakimiyyət davası. Siyasət və ya hakimiyyət davası olsaydı, görməzdən gələrdik, “Siyasətçilər məşğul olsun” deyə yaxamızı kənara çəkərdik, yaxud “Bizim problem deyil də” deyib üzümüzü çevirib gedərdik. İndisə vəziyyət tam fərqlidir. Başlanan bu ideoloji terror birbaşa dövlətə yönəlib. Təkcə hakimiyyətə deyil, dövlətə qarşı xüsusi bir planın tərkib elementlərindəndir. Cəmiyyətə qarşı açılan yeni bir ideoloji, amma hələlik virtual terror cəhdidir. Öhdəsindən gələcəklərmi? Ya biz – bu terrora qarşıANTİ-TERROR əməliyyatı keçirməli olanlar öhdəsindən gələ biləcəyikmi? Hər halda ikinci olmalıdır. Nəyin bahasına olur-olsun, biz bacarmalıyıq. Hələki bizim müqavimətimiz o qədər yetərli görünmür, əksinə günü-gündən məkrli “söyüş makinası”nın hay-həşirli, söyüşlü, təhqirli videoları sosial şəbəkələri bürüyür.

***

İndi çoxları düşünür ki, bu adamlar öz sözlərinimi deyirlər? Azərbaycan cəmiyyətində hansısa söz sahibidirlərmi ki, insanlarımız onlara inansın? Bu adamlar heç kimdir! Onlar nə böyük güc, nə böyük zəka sahibidir. Heç ölkənin içindəki havadarları da özlərindən fərqlənmir. Sosial bazaları da, arqumentləri də bir həsir, bir məmmədnəsirdir. Bir kimsənin tanımadığı, xatırlamadığı, siyasi müstəvidə nə adları, nə sözləri olan bu adamlar Azərbaycanda nəsə etmək qüdrətində deyillər. Amma onların arxasında görünməyən başqa güclər var və məsələ məhz bundadır. Müxtəlif ideoloji mərkəzlər, siyasi və iqtisadi qüvvələr onları virtual KAMİKADZELƏRƏ çevirib və hələlik onların diliylə danışır.

***

Deməli, təhdid və təzyiq altında olan təkcə hakimiyyət, hakimiyyətin birinci şəxsi və ya onun ətrafı yox, bütünlükdə Azərbaycandır. Planın əsas tərkib elementlərindən birincisi Azərbaycan cəmiyyətini test edib yoxlamaq, fürsət düşdükcə qarşıdurmalara, iğtişaşlara hazırlamaqdır. Virtual terroru indi danışdırılan bu adamların diliylə, söyüşüylə, təhqiriylə cəmiyyətimizin İLİYİNƏ yeritmək və gələcəkdə ondan bəhrələnmək istəyirlər. Günlərin birində bunların timsalında şərti adı “Azad Azərbaycan Ordusu” olan bir silahlı-terrorçu qrup da yarada bilərlər. Və onlar Azərbaycana demokratiya əvəzinə təhqir, hədə-qorxu gətirdikləri kimi, sabah da Suriya düyünü gətirməyə tam hazır zümrədirlər.

***

Bəzən bizi də qınayırlar ki, kampaniyaçılıqla məşğulsunuz. Bu, kampaniyaçılıq deyil, ölkənin taleyinə biganə olmağı bacarmamaq və məsuliyyətdir. Sabitlik olan bir ölkənin vətəndaşı olmaq, sabit bir ölkədə yaşamaqla dağınıq və xaos altında inləyən cəmiyyətdə, dağıntıların altında BAYQUŞ kimi ulamaq birdirmi? Təbii ki, yox! Milləti və üstündən imperiya nəzərləri əskilməyən Vətəni sevənlər hamısı belə düşünür. Biz axı, belə öyrənmişik. Bizlərdən başqa nəsə gözləmək olmaz…

Amma və təəssüf ki, ölkədəki siyasi güc mərkəzləri, partiyalar hələ susur. Deputatların 3-4-ü bu təhlükəyə qarşı çıxır. Doğrudanmı, ölkədə elə bir siyasi güc mərkəzi olmadı ki, bu missiyanı üzərinə götürsün və gərəkərsə, İlham Əliyevlə çiyin-çiyinə ölkəmizdən Liviya, Suriya düzəltmək  istəyənlərin qarşısında birgə dayanacağını desin?

Prezidenti, ailə üzvlərini, onun köməkçisinin özünü və ya ailəsini, ziyalıları, siyasiləri təhqir etmək, nüfuzdan salmağa cəhd göstərmək bu şəxslərə qarşı aparılan dava deyil, ölkəni xaosa sürükləmək cəhdidir. Prezidentdən başladılar, sonra köməkçisi Əli Həsənova keçdilər. Bu gün belə başlayıblar, sabah bir az da irəli gedəcəklər, yeni ünvanlar, yeni şəxslər tapılacaq.

Biz ki, bunu yaşamışıq. 1993-cü ilin iyun qiyamı başlayanda  Surət Hüseynov da indiki kamikadzelərin rolundaydı. Əvvəl baş nazirin istefası istənildi, ona nail olunan kimi hədəf Milli Məclisin sədri oldu. Bu hədəflərinə də çatdılar və son utimatum eşidildi: Prezident istefa verməlidir! Həmin dövrün ORDUXANLARI da SURƏTLƏR, ƏLİKRAMLAR, RƏHİMLƏR idi. Yaxşı ki, son anda o dövrün orduxanları istəklərinə çatmayıb, hakimiyyətə yiyələnə bilmədilər. Mərhum Heydər Əliyev gəldi. Yoxsa indi Azərbaycan adlı dövlət yox idi, Azərbaycan dövləti haqqında ancaq keçmiş zamanda danışacaqdıq, “Azərbaycan adlı bir dövlət vardı” deyə bəlkə də tarix kitablarında yazılacaqdı…

Bu gün gözümüzün önündə Türkiyə nümunəsi var. MHP lideri Baxçalı siyasətdə bir naşımıdır? Baxçalı böyük siyasət adamıdır, milli gücdür, bəs nədən Ərdoğanı müdafiə edir və hətta gələn il keçiriləcək seçkilərdə belə Ərdoğanı müdafiə edəcəyini indidən bəyan edir? Zira, Baxçalı Türkiyəyə qurulan tələnin miqyasını, mayasını bilir. Türkiyə naminə Türkiyəni yox etmək istəyənlərlə savaş aparır, Ərdoğanı da məhz ona görə müdafiə edir. Bilir ki, bu, siyasi savaş deyil, bu, Türkiyəni paramparça etmək planıdır. Azərbaycan siyasətçilərindən də şəxsən mən Baxçalı addımını gözləyirdim.

Azərbaycana qarşı siyasi savaş aparılmır, bu cəmiyyətin altyapısına terror və bitməyən qarşıdurma toxumu əkmək istəyən qüvvələr var. Toxumu da, gübrəni də verən başqalarıdır, orduxankimilər isə bu toxumu səpmək üçün seçilmiş VİRTUAL ƏKİNÇİLƏR – kamikadzelərdir və bir gün bu kamikadzeləri yetişdirənlər özləri onları ölümə təhrik edəcək, özlərini partlatmağa məcbur edəcəklər.

***

Bizim davamız budur! Özümüz söyüş obyektinə çevrilsək də, hədəf olsaq da, canımız qədər sevdiyimiz Azərbaycan uğrunda başımız qurbandır! Bu, siyasi hakimiyyətə satılmaq deyil, bu dövlətçilikdir. Bizim davamız ayrı-ayrı fərdlər uğrunda deyil, Azərbaycan uğrundadır. O Azərbaycanda bu gün hakimiyyətdə İlham Əliyevdir, ola bilsin ki, aprelin 11-də yenidən seçilsin. Yaxud bir növbəti seçkidə başqası prezident olsun və İlham Əliyev bir prezident olaraq, Azərbaycanı həmin şəxsə əmanət edəcək. Bu gün ölkəmizi virtual kamikadzelərin və onları yetişdirən terror mərkəzlərinin ümidinə buraxsaq,  imkan versək ki, həmin kamikadzelər özləriylə birgə Azərbaycanı da partlatsınlar, bəs onda nə olacaq? Bizdən sonra gələnlərə nə əmanət verəcəyik? Xarababazara çevrilən ölkəmi, bayquşların uladağı quru torpaqmı?

***

Böyük oyunlar qurulub. Təbii ki, hakimiyyətin informasiyası daha çoxdur. Siyasi müxalifətin də məlumatı olmamış deyil. 2013-cü ildə bunun şahidi olduq. Rusiyanın birbaşa iştirakı ilə bir proyekt quruldu və ölkəni təhdid etdi. Putinin həmin il azərbaycanlının kapitan olduğu sualtı qayıqla Bakıya gəlməsini unutmaq olmaz. Bu dəfə təkcə Rusiya deyil, Qərb də öz planlarını işə salıb. Sabahımıza qurulan tələnin mərkəzindəyik…Bu tələdən qurtulmağa güc də var, ağıl da. Bircə vətəndaş birliyini möhkəmləndirmək qalır. Daxildə ittiham və söyüşdən imtina edib, dövlətin simvollarına sayğı duysaq, nə qorxumuz olacaq ki? Vətəndaş birliyi ilə milli müqavimət təşki ediləcək, Azərbaycan qalib gələcək!

***

Hər şeyi sıfırdan başlamaq üçün gözəl bir zaman yetişib. Xarici güclərin əlində əsir olanlar və onların sahibləri  qarşısında dirəniş göstəməklə işıqlı yolumuza lampa tuta bilərik. Sadəcə hər ikisini dışlamaqla, sıralarımızdan ixrac etsək və milli ihanəti bağışlamamaq qədər birliyimiz olsa, yetər… Davamız böyükdür. Bütöv Azərbaycandan danışdığımız halda bu yavru Azərbaycanı kimlərəsə yem edə bilmərik! Nə tarix, nə millət bunu bağışlayar…

 

Qısa URL: http://www.elchi.az/?p=104982



Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirildi ...

Bakıda qadın qətlə yetirilib. “Report” xəbər verir ki, Yasamal rayonu ...
15 Noy - 12:22 / Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirildi üçün şərhlər bağlıdır / Davamı »

Kaliforniyada ölənlərin sayı 58 nəfərə çatdı ...

ABŞ-ın Kaliforniya ştatının Byutt dairəsində təbiət yanğınları qurbanlarınn sayı 50 ...
15 Noy - 11:59 / Kaliforniyada ölənlərin sayı 58 nəfərə çatdı üçün şərhlər bağlıdır / Davamı »

Düşmən atəşkəs rejimini 26 dəfə pozdu ...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs ...
15 Noy - 11:39 / Düşmən atəşkəs rejimini 26 dəfə pozdu üçün şərhlər bağlıdır / Davamı »

Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var ...

Abşeron yarımadasında yerləşən Bozdağ Qobu və Keyrəki vulkanları, onun ətrafında ...
15 Noy - 11:19 / Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var üçün şərhlər bağlıdır / Davamı »

Makron Fransanın ABŞ-ın vassalı olmaq istəmədiyini bildirib ...

 Fransa və ABŞ tarixi müttəfiqlərdir, lakin müttəfiq olmaq, vassal olmaq ...
15 Noy - 10:58 / Makron Fransanın ABŞ-ın vassalı olmaq istəmədiyini bildirib üçün şərhlər bağlıdır / Davamı »

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib ...

Dövlət Departamenti Amerika vətəndaşlarının birbaşa maliyyə tranzaksiyaları aparmasını qadağan edən ...
15 Noy - 10:38 / ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib üçün şərhlər bağlıdır / Davamı »

Bu günə olan məzənnələr – RƏSMİ ...

Mərkəzi Bankdan verilən məlumata görə, noyabrın 15-nə olan rəsmi məzənnələr ...
15 Noy - 10:18 / Bu günə olan məzənnələr – RƏSMİ üçün şərhlər bağlıdır / Davamı »

Sürücülərə XƏBƏRDARLIQ: Bu gün sonuncu gündür ...

Bu gün avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti ...
15 Noy - 09:57 / Sürücülərə XƏBƏRDARLIQ: Bu gün sonuncu gündür üçün şərhlər bağlıdır / Davamı »

ABŞ 2001-ci ildən müharibələrə təqribən 6 trilyon dollar sərf edib ...

Birləşmiş Ştatlar son 20 il ərzində hərbi əməliyyatların aparılmasına təqribən ...
15 Noy - 09:36 / ABŞ 2001-ci ildən müharibələrə təqribən 6 trilyon dollar sərf edib üçün şərhlər bağlıdır / Davamı »

ABŞ İranın Suriyada mövcudluğunu Türkiyə üçün təhlükə hesab ed ...

İranın Suriyadan çıxarılması ABŞ-ın hərbi məqsədi deyil, lakin Vaşinqton Tehranı ...
15 Noy - 09:00 / ABŞ İranın Suriyada mövcudluğunu Türkiyə üçün təhlükə hesab edir üçün şərhlər bağlıdır / Davamı »

Sabiq nazirlərin milyardları geri qaytarılacaqmı? ...

Azərbaycanda vəzifədən çıxarılan bir sıra yüksək rütbəli sabiq məmurların, nazirlərin ...
14 Noy - 19:00 / Sabiq nazirlərin milyardları geri qaytarılacaqmı? üçün şərhlər bağlıdır / Davamı »

Pensiya xərcləri üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən e ...

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyinin Maliyyə Nazirliyi ilə əldə etdiyi razılığa ...
14 Noy - 18:44 / Pensiya xərcləri üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən edildi üçün şərhlər bağlıdır / Davamı »

Nazir müavini: “Azərbaycanda şəkərli diabet xəstələrinin say ...

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı il ərzində təxminən 20-25 min ...
14 Noy - 18:24 / Nazir müavini: “Azərbaycanda şəkərli diabet xəstələrinin sayı il ərzində təxminən 20-25 min nəfər artır” üçün şərhlər bağlıdır / Davamı »

İsrailin müdafiə naziri Liberman istefa verdi ...

İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib. Elchi.az Trend-ə istinadən ...
14 Noy - 18:04 / İsrailin müdafiə naziri Liberman istefa verdi üçün şərhlər bağlıdır / Davamı »

Bu ilin III rübündə Gürcüstana 490 mindən çox Azərbaycan vətənda ...

Bu ilin üçüncü rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 494,5 ...
14 Noy - 17:42 / Bu ilin III rübündə Gürcüstana 490 mindən çox Azərbaycan vətəndaşı gedib üçün şərhlər bağlıdır / Davamı »

Lənkəranda sel fərdi təsərrüfatlara və yol infrastrukturuna xeyli ma ...

“Lənkəran rayonunda sel fərdi təsərrüfatlara və yol infrastrukturuna xeyli maddi ...
14 Noy - 17:22 / Lənkəranda sel fərdi təsərrüfatlara və yol infrastrukturuna xeyli maddi ziyan vurub üçün şərhlər bağlıdır / Davamı »

Daşkəsəndə yanğın zamanı ölən uşaqlar… – FOTOLAR ...

  “Report”un Qərb bürosu Daşkəsən rayonunda evdə yanğın zamanı ölən uşaqların ...
14 Noy - 17:00 / Daşkəsəndə yanğın zamanı ölən uşaqlar… – FOTOLAR üçün şərhlər bağlıdır / Davamı »

“Əlillik meyarları dəyişəcək” – Nazir ...

“Azərbaycanda ümumilikdə 618 min əlil var. Onlara verilən müavinətlər mərhələli ...
14 Noy - 16:40 / “Əlillik meyarları dəyişəcək” – Nazir üçün şərhlər bağlıdır / Davamı »

Sabahın hava proqnozu açıqlanıb ...

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ...
14 Noy - 16:20 / Sabahın hava proqnozu açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

“İl ərzində satılmış mənzillərin 60 faizi vergidən kənarda qal ...

“Son illərdə mənzil-tikinti kooperativləri tərəfindən inşa olunmuş yaşayış binalarındakı mənzillərə ...
14 Noy - 15:57 / “İl ərzində satılmış mənzillərin 60 faizi vergidən kənarda qalır” – Nazirlik üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda bəzi məktəblər pullu olacaq ...

Azərbaycanda bəzi məktəblərə təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ ...
14 Noy - 15:37 / Azərbaycanda bəzi məktəblər pullu olacaq üçün şərhlər bağlıdır / Davamı »

XİN: “Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ...

“Azərbaycan Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, ...
14 Noy - 15:17 / XİN: “Azərbaycan və Ermənistan XİN başçılarının görüşü istiqamətində iş aparılır” üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda sürüşmə zonaları aktivləşib ...

Ekspert: “Sürüşmənin bu cür aktivləşməsində insan faktoru böyük rol oynayır” ...
14 Noy - 14:55 / Azərbaycanda sürüşmə zonaları aktivləşib üçün şərhlər bağlıdır / Davamı »

Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi ...

Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevinoğlu Elmir Vəliyev daha bir vəzifəsindən ...
14 Noy - 14:35 / Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi üçün şərhlər bağlıdır / Davamı »

ABŞ Səudiyyə Ərəbistanını yeni sanksiyalarla hədələyib ...

Birləşmiş Ştatlar jurnalist Camal Qaşıqçının qətlinə cavab olaraq bir sıra ...
14 Noy - 14:15 / ABŞ Səudiyyə Ərəbistanını yeni sanksiyalarla hədələyib üçün şərhlər bağlıdır / Davamı »

“AzerGold” qızıl hasilatını artırıb ...

Bu ilin 10 ayı ərzində“AzerGold” QSC-nin qızıl hasilatında artım qeydə ...
14 Noy - 13:54 / “AzerGold” qızıl hasilatını artırıb üçün şərhlər bağlıdır / Davamı »

“Gəncə hadisələrinə görə 60-dan artıq şəxs həbs olunubR ...

Noyabr ayının 14-də Qırğız Respublikasının Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi ...
14 Noy - 13:34 / “Gəncə hadisələrinə görə 60-dan artıq şəxs həbs olunub” – Mədət Quliyev üçün şərhlər bağlıdır / Davamı »

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb ...

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik ...
14 Noy - 13:12 / Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb üçün şərhlər bağlıdır / Davamı »

Teleradio Şurası televerilişlərin və aparıcıların “qara siyah ...

“Yaxın günlərdə televiziya və radiolarla bağlı son 6 ayın geniş ...
14 Noy - 12:50 / Teleradio Şurası televerilişlərin və aparıcıların “qara siyahı”sını hazırladı üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan neftinin qiyməti 68 dollara düşüb ...

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam ...
14 Noy - 12:30 / Azərbaycan neftinin qiyməti 68 dollara düşüb üçün şərhlər bağlıdır / Davamı »

Uşaqların döyülməsinə görə bağça müdiri barəsində cinayət iş ...

 Bakıdakı “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova barəsində cinayət ...
14 Noy - 12:10 / Uşaqların döyülməsinə görə bağça müdiri barəsində cinayət işi başlanıldı üçün şərhlər bağlıdır / Davamı »

Ötən il altı mindən çox qaçqın köç edərkən həyatını itirib ...

2017-ci ildə 6018 insan köç edərkən həyatını itirib və ya ...
14 Noy - 11:28 / Ötən il altı mindən çox qaçqın köç edərkən həyatını itirib üçün şərhlər bağlıdır / Davamı »

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli s ...

Hillari Klintonun sabiq müşaviri Mark Penn bəyan edib ki, ABŞ ...
14 Noy - 11:08 / Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər üçün şərhlər bağlıdır / Davamı »

Minskdə qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olunub ...

Minskdə Azərbaycan vətəndaşı, Belarus Dövlət Aviasiya Akademiyasının tələbəsi, 1999-cu il ...
14 Noy - 10:46 / Minskdə qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olunub üçün şərhlər bağlıdır / Davamı »

Peşə təhsili müəssisələrində psixoloji xidmət təşkil olunacaq ...

Nazirlər Kabineti “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib. ...
14 Noy - 10:26 / Peşə təhsili müəssisələrində psixoloji xidmət təşkil olunacaq üçün şərhlər bağlıdır / Davamı »

“Qaqaş” ləqəbli narkotacirin ibtidai istintaqı başa çatıb ...

  Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Qaqaş” ləqəbli” Rəşad Səfərovun ...
14 Noy - 10:06 / “Qaqaş” ləqəbli narkotacirin ibtidai istintaqı başa çatıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu ...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs ...
14 Noy - 09:44 / Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda 5 nəfərin öldüyü yanğının TƏFƏRRÜATI ...

Daşkəsən rayonunda 5 nəfərin ölümüilə nəticələnən yanğının bəzi təfərrüatları məlum olub. ...
14 Noy - 09:24 / Azərbaycanda 5 nəfərin öldüyü yanğının TƏFƏRRÜATI üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri yara ...

Nazirlər Kabineti “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ...
14 Noy - 09:00 / Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq üçün şərhlər bağlıdır / Davamı »

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənlə ...

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat ...
13 Noy - 18:57 / Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşdirilib üçün şərhlər bağlıdır / Davamı »

Bakının məşhur taksi şirkəti bağlandı ...

Bakıda məşhur taksi şirkəti bağlanıb. ELchi.az-ın unikal.org-a istinadən xəbərinə görə, ...
13 Noy - 18:34 / Bakının məşhur taksi şirkəti bağlandı üçün şərhlər bağlıdır / Davamı »

Nazir: “Haqqı olan hər kəs birdəfəlik ödəməni alacaq” ...

 “Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə ...
13 Noy - 18:14 / Nazir: “Haqqı olan hər kəs birdəfəlik ödəməni alacaq” üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda bütün pensiyalar artırılacaq ...

“Azərbaycanda bütün pensiyalar artırılacaq”. Elchi.az Modern.az-a istinadən xəbər verir ki, bunu ...
13 Noy - 17:48 / Azərbaycanda bütün pensiyalar artırılacaq üçün şərhlər bağlıdır / Davamı »

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb ...

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb. Əlahiddə Ümumqoşun Ordunun ...
13 Noy - 17:28 / Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb üçün şərhlər bağlıdır / Davamı »

Vəkili Cahangir Hacıyevlə görüşdü – Sabiq bankir arvadına görə ...

Vəkil Aqil Layıcov müvəkkili, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevlə ...
13 Noy - 17:08 / Vəkili Cahangir Hacıyevlə görüşdü – Sabiq bankir arvadına görə narahatdır üçün şərhlər bağlıdır / Davamı »

Almaniyanın iri neft-qaz şirkəti İranda fəaliyyətini dayandırdı ...

Almaniyanın “Wintershall” neft-qaz şirkəti sanksiyalara görə İranda fəaliyyətini dayandırıb. Elchi.az  ...
13 Noy - 16:46 / Almaniyanın iri neft-qaz şirkəti İranda fəaliyyətini dayandırdı üçün şərhlər bağlıdır / Davamı »

Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı – Məhkəmə ...

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək iki ...
13 Noy - 16:26 / Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı – Məhkəmə işi üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Milanda görüşə ...

Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ATƏT-in Xarici İşlər ...
13 Noy - 16:06 / Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Milanda görüşə bilər üçün şərhlər bağlıdır / Davamı »

Levon Ter-Petrosyan və partiyası parlament seçkilərini boykot edib ...

Sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqres Partiyası parlament seçkilərini ...
13 Noy - 15:44 / Levon Ter-Petrosyan və partiyası parlament seçkilərini boykot edib üçün şərhlər bağlıdır / Davamı »

Azercell-in Mobil Diş Klinikasının fəaliyyəti üzrə statistika ...

“Azercell Telekom” MMC-nin dəstəyilə ilə 2010-cu ildə yaradılan “Mobil Diş ...
13 Noy - 15:42 / Azercell-in Mobil Diş Klinikasının fəaliyyəti üzrə statistika üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: [email protected]
Giriş | Hazırladı "Qurdqanlı Design"