“Danışıqların məqamları Ermənistan üçün nəinki əlverişli deyil, hətta təhlükəlidir…”

7

“Ermənistan rəhbərliyi danışıqların indiki təhlükəli mühitindən imtina etməyə kifayət qədər iradəyə malik deyil. Ermənistanın Qarabağ münaqişəsinin nizamlanması məsələsindəki mövqeyi dəf edilən vəziyyətdə qalmaqda davam edir. Ona görə ki, danışıqların məqamları Ermənistan üçün nəinki əlverişli deyil, hətta təhlükəlidir”. 
Bunu “Sputnik Armenia”nın əməkdaşına müsahibə verən politoloq Hayk Martirosyan səsləndirib. 
Martirosyan bildirib ki, bu təhlükəli mühit Ermənistanın yeni hakimiyyəti dövründə də qalmaqdadır. 
“Yeni hakimiyyət sözlərlə manevr etməyə, Madrid prinsiplərindən yayınmağa cəhd etsə də, istənilən halda bu prisipləri heç kim ləğv etməyib. Madrid prinsipləri gündəlikdə qalmaqda davam edir. Söhbət Qarabağın statusu müqabilində torpaq prinsipindən gedir. Lakin Ermənistanın indiki hakimiyyətinin danışıqların təhlükəli mühitindən imtina etməyə kifayət qədər iradəsi yoxdur. Baş nazir Nikol Paşinyan dəfələrlə qeyd edib ki, ilk öncə Madrid prinsipləri nə deməkdir və hansı nəticələrə gətirib çxara bilər – o aydınlaşdırılmalıdır. Onun sözlərinə görə, yalnız bundan sonra erməni tərəfi bu prinsiplərin nə dərəcədə onun üçün qəbulolunan olub olmadığı barədə dəqiq cavab verə bilər.”, – deyə Martirosyan ifadə edib. 
Erməni ekspert hesab edir ki, Ermənistan rəhbərliyi Qarabağın danışıqlar masasına qaytarılması zərurəti haqqında söhbətlərlə bundan yayınmağa çalışır. O, indiyədək dövlətin və erməni xalqının Qarabağ münaqişəsinin həlli ilə bağlı dəqiq baxışının formalaşdırılmadığı barədə Paşinyanın gətirdiyi faktları tənqid edib. Martirosyanın sözlərinə görə, bu baxışlar 1988-ci ildə formalaşdırılıb. 
“Danışıqların indiki mərhələsi Ermənistan üçün təhlükəlidir. Cari danışıqlar mərhələsindən imtina etmək lazımdır. Əgər biz bunu müharibə qorxusundan etmiriksə, o zaman müharibə həmişə bizi təhdid edir. Azərbaycan münaqişəni hərb yolu ilə həll etməkdən heç vaxt imtina etməyib”, – deyə Martirosyan vurğulayıb. 
O hesab edir ki, siyasi müstəvidə hələlik hər şey pis vəziyyətdədir. Martirosyan əmindir ki, Nikol Paşinyan və İlham Əliyevin Düşənbədə əldə etdiyi razılaşmalar arzuolunan nəticələri verməyib: “Bunun əvəzinə Bakı münaqişə zonasında mühəndis bərkitmə işlərini görməyə imkan əldə etdi. Erməni tərəfi isə Düşənbədəki lift razılaşmasına əsaslanaraq bu işlərin qarşısını almaq üçün heç bir tədbir görmədi”. (Ordu.az)