Danimarkada parlament seçkiləri keçiriləcək.
Elchi.az Trend-ə istinadən bildirir ki, seçkilər ölkənin Milli bayramı günü – Konstitusiya günü baş tutacaq.
Ümumilikdə 13 partiyadan 900-dən çox namizəd 179 mandat üçün mübarizə aparacaq. İctimai rəy sorğuları göstərir ki, sol mərkəz blokunun mandatın əksəriyyətini əldə etməyə daha çox şansı var.
Seçki məntəqələri yerli vaxtla saat 9:00-da açılacaq.
Səsvermə saat 20:00-a kimi davam edəcək.