Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 5-də ölkədə 116 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
FHN: Ötən sutka 42 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan...