Çin bu il özünün ilk Üzən atom elektrik stansiyasının (AES) tikintisinə başlayacaq.
ONA-nın “Global Times” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Çin Atom Enerjisi İnstitutunun rəhbəri Lo Tsi bildirib.
Üzən AES-dən şelfdə neft və qaz yataqlarında platformaların enerji təminatı, o cümlədən adalarda aparılan işlərdə istifadə ediləcək. L. Tsi deyib ki, üzən AES böyük yer tutmur, zəlzələdən zərər görmür və ətraf mühiti çirkləndirmir.
KİV-lər AES-in tikintisinin 2,1 milyard dollara başa gələcəyini yazıblar. Üzən AES-in 2019-cu ildə istifadəyə veriləcəyi gözlənilir.