Canlı yayımdan sonra iştirakçılar qırğına çıxdı – “Maşın Şou”da qalmaqal

48

Ötən gün “Maşın Şou” bitəndən sonra iştirakçılar arasında qarşıdurma yaranıb.

Teleqraf.com yenicag.az-a istinadən xəbər verir ki, bunu şounun aparıcısı Murad Dadaşov canlı yayımda bildirib.

Onun sözlərinə görə, Sərxan Kərəmoğlu və Ramil Nabranlı arasında qalmaqal yaşanıb. Qalmaqala Xose Bernardo da qatılıb:

“Əsəblər çox gərgin idi, böyük bir gərginlik yaşandı. “Maşın Şou” tarixində belə şey görünməmişdi”.

Baş verənlər şou iştirakçılarına, xüsusən də xanımlara həyəcan yaşadıb.