Cəlilabadda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb

2

Cəlilabad rayonunda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb

“Report”un Muğan bürosunun məlumatına görə, Cəlilabad şəhərinin İ.Şıxlı küçəsindəki yarımtikilinin kənarında kişi meyiti aşkar edilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilib.

Məlum olub ki, 1973-cü il təvəllüdlü Mehman Zeynalov yarımtikilidə yüksək dozalı narkotik maddə qəbul etməsi nəticəsində ölüb. Onun meyiti bir gündən sonra aşkarlanıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.