Avstriyada ibtidai sinif şagirdlərinə hicab taxmaq qadağan olunub. Bu barədə ölkə parlamenti qanun qəbul edib.
Başda Avstriya İslam Cəmiyyəti olmaqla, bir sıra qeyri-hökumət təşkilatları bu qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirib. Onların fikrincə, bu qanun konstitusiyada bərabərlik prinsipinə ziddir.
Sənəddə deyilir ki, qanun pozuntusuna yol verən ailələr 440 avroyadək cərimələnəcək.
Qeyd edək ki, Avstriyada artıq ikinci ildir ki, müsəlman qadınlara ictimai yerlərdə üzü tam bağlamaq icazə verilmir. Ötən il isə Avstriya parlamenti uşaq bağçalarında da hicab taxmağı qadağan etmişdi.(Qafqazinfo)
Qəzzada daha bir uşaq ‘aclıqdan’ öldü
İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi və yardımların ölkəyə girişinin qarşısını aldığı Qəzza zolağında daha bir uşaq...