Bu ilin on ayında Ermənistandan bir milyarda yaxın kapital çıxarılıb

42
Ermənistandan kapital axını kəskin şəkildə artıb.

“Report” “Joxovurd” nəşrinə istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında ölkədən 951 milyon 38 min dollar pul çıxarılıb.
Ötən ilin hesabat dövründə isə bu rəqəm 779 milyon 196 min dollar olub.
Qəzetin yazdığına görə, keçmiş hakimiyyət öz var-dövlətini Ermənistandan tədricən çıxarır.