Bu gün Qaradağ rayonunda qısamüddətli fasilələrlə işıq olmayacaq

1

Bu gün saat-12.30-dan 16-00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ-sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən  verilən məlumata görə, bu, 110 kv-luq 5-ci Xırdalan hava EVX-i  və 110/35/6 kv-luq 137 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.