Bu gün Çempionlar Liqasında birinci finalçı müəyyənləşəcək

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

Bu gün futbol üzrə Çempionlar Liqasında birinci finalçı müəyyənləşəcək.

“Report”un məlumatına görə, yarımfinal mərhələsinin ilk cavab görüşündə İspaniyanın “Real Madrid” klubu Almaniya “Bavariya”sını qəbul edəcək.

Ötən həftə Münhendə keçirilmiş qarşılaşmada “Kral klubu” 2:1 hesabı ilə qalib gəlib. “Bavariya” da mərhələ adlamaq üçün Madrid səfərində ən azı 2 qol vurmalıdır. Amma Almaniya təmsilçisi son 6 Çempionlar Liqası matçında “Real Madrid”ə uduzub.

Münhen klubu bu oyuna bəzi itkilərlə çıxacaq. Komandanın heyətində qapıçı Manuel Noyer, Jerom Boatenq, Aryen Robben, Arturo Vidal, Kinqsli Koman zədə səbəbindən iştirak etməyəcək. David Alabanın isə iştirakı sual altındadır.

Meydan sahiblərinin heyətində Daniel Karvahal zədə səbəbindən bu oyunu buraxaq. Naço və İskonun isə iştirakı bəlli deyil.

Çempionlar Liqası, yarımfinal, cavab oyunu

1 may

22:45. “Real Madrid” (İspaniya) – “Bavariya” (Almaniya)

İlk oyun – 2:1

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Madrid. “Santyaqo Bernabeu” stadionu

Yarımfinal mərhələsinin digər cavab qarşılaşmasında “Roma” İtaliyada İngiltərənin “Liverpul”unu qəbul edəcək. Bu komandalar arasında ilk görüş İngiltərə klubunun 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər yazılar

Next Post

Son xəbərlər