İnquşetiyada Ramazan ayı boyu qiymətlər növbəti dəfə endirilib.
Moderator.az –ın Dağıstan mediasına istinadla verdiyi xəbərdə deyilir ki, hökumət ucuzlaşmaya bazarlarda ticarət edənləri icarə haqqı ödəməkdən azad etdirməklə nail olub. İnquşetiya başçısı Yunus-bek Yevkurov bu barədə özünün “İnstaqram” hesabında yazıb. O, respublikadakı bütün bazarların direktorlarına Ramazan ayı boyunca ticarətçiləri icarə haqqı ödəməkdən azad etmək haqda göstəriş verdiyini vurğulayıb. Y.Yevkurovun sözlərinə görə, Ramazanın əvvəlindən bu ay üçün icarə haqqını ödəmiş satıcıların pulları da geri qaytarılacaq.
Respublikada qiymətlərə nəzarət etmək üçün xüsusi monitorinq qrupu yaradılıb. Bundan əlavə, şəhər və rayon başçılarına yoxsul ailələlərin siyahısını təqdim etmək və rəsmi saytlarda onlara edilən yardımlar haqda məlumat yaymaq barədə də göstəriş verilib.