“Report”un “L Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, səbəb 21 yaşlı fransalı hücumçunun komandanın məşqinə gecikməsidir. Maraqlıdır ki, dünən Kataloniya təmsilçisinin Çempionlar Liqasının VI turunda evdə İngiltərə “Tottenhem”i ilə 1:1 hesablı heç-heçə etdiyi görüşdə hesabı məhz Dembele açıb. O, 7-ci dəqiqədə fərqlənib.
Dembele əvvələr də yatıb qaldığı və kompüter oyunları oynadığı üçün komandanın məşqinə gecikib. Hətta o, bir dəfə hazırlıq prosesinə qatılmayaraq, özünü pis hiss etdiyini bəhanə gətirib.
Qeyd edək ki, Usman Dembele “Barselona”ya 2017-ci ilin yayında 105 milyon avro qarşılığında Almaniyanın “Borussiya” (Dortmund) klubundan keçib.
“Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı
Azərbaycan Kubokunda yarımfinal mərhələsində cavab oyunlarının təqvimi müəyyən olunub. Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, yarımfinal oyunları 24 aprel tarixində...