Yasamal rayonu, Şərifzadə küçəsi 443 ünvanında, “Rabitə yataqxanası” adı ilə tanınan binada acınacaqlı durumda yaşayan sakinlər musavat.com-un kamerasına danışıblar.
Ağdam, Füzuli, Laçın, Cəbrayıl rayonlarından olan məcburi köçkünlər binanın qəzalı vəziyyətdə olmasından narahatdırlar. Binanın kanalizasiya boruları istifadəyə yararsız olduğundan binanın aşağı mərtəbələrində bataqlıq yaranıb. Üfunət iyindən evlərdə nəfəs almaq mümkün deyil.
Ağdam sakini Səlimə Yaqubova deyir ki, binanın sol tərəfi daima suyun içində olur: “Qorxuruq ki, bir gün qəfildən bina çökər”.
Cəbrayıl rayonundan məcburi köçkün düşən Elşad Əsədov deyir ki, binanın hər tərəfi zibillik içərisindədir, ancaq heç bir aidiyyatı qurum maraqlanmır: “Zibil qutuları vaxtında boşaldılmır. Keyflərinə düşəndə gəlib aparırlar. Elə bil ucqar bir kənddə yaşayırıq. Uşaqlar bu çirkab içərisində böyüyürlər”.
Yasamal rayonunda qaçqınların yaşadığı durumu daha ətraflı videodan izləyə bilərsiniz.
Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, bazarda sanitar-gigiyenik və sanitar-texniki...
İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq...
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub. Elchi.az xəbər verir ki, mayın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Bolqarıstan...
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,72 ABŞ dolları,...