Bakıda həmyerlisini qətlə yetirməkdə təqsirləndiriən Rauf Murğuzovun cinayət işi üzə ibtidai istintaqı başa çatıb.
Elchi.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Rasim Sadıxovun icraatına verilən cinayət işinin məhkəmə hazırlıq iclası aprel ayının 19-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Bakının Nərimanov rayonunada baş verib. Atatürk prospekti, ev 2a ünvanında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri – 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmyaşıdı və həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə zamanı R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.
Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.
Xatırladaq ki, qətlə yetirilən E.Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R.Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi idi.