Xəbər verdiyimiz kimi, Bakıda Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib. Qəza nəticəsində 9 yaralı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılır. Onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
***
Bakıda sərnişin avtobusu qatarla toqquşub.
Elchi.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.
Ölən və yaralananlar var.
Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.
****
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.
O qeyd edib ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.