Bakıda avtomobil yoldan çıxaraq işıq dirəyini dibindən qırıb – FOTO

10

Bakıda yol qəzası baş verib.

“Report”un müxbiri xəbər verir ki, hadisə Səbail rayonu, Bayraq meydanının yaxınlığında qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan 99 CF 076 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, yol infrastruktruna və avtomobilə ziyan dəyib. Belə ki, işıq dirəyi dibindən qırılıb.

Faktla bağlı araşdırma aparılır.