Bu ilin yanvar-fevral aylarında Bakı üzrə arağın istehsalı ötən ilin eyni dövrü ilə müqaisədə 8,3 dəfə artaraq 148,1 min dekalitr təşkil edib.
ONA-nın Bakı Şəhər Statistika İdarəsi istinadən verdiyi məlumata görə, hesabat dövründə Bakıda 23,9 dekalitr pivə istehsal edilib ki, buda keçən ilin müvafiq dövrünə nisbətdə 70,7% çoxdur.
İçki və tütün məmulatlarının istehsalı:
Məhsul növləri |
2019-cu ilin yanvar-fevral aylarında istehsal edilib |
Əvvəlki ilin yanvar-fevral aylarına nisbətən (faizlə) |
01.03.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
İçki məhsulları | |||
Araq (min dkl) | 148,1 | 8,3 d. | 56,2 |
Pivə (min dkl) | 23,9 | 170,7 | 8,4 |
Alkoqolsuz içkilər (min dkl) | 2 200,1 | 139,1 | 564,0 |
Tütün məmulatları | |||
Papiros və siqaretlər
(mln. ədəd) |
120,1 | 91,2 | 0,1 |