Bakı metrosunda intihara cəhd – Sevdiyi oğlana görə

9

Dünən axşam saatlarında “Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb.


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, dünən 17:35 radələrində Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü N.M. intihar məqsədilə özünü qatarın altına atmaq istəyib.
Stansiyada xidmət aparan polis əməkdaşları tərəfindən intihara cəhdinin qarşısını alınıb. 
Aparılan araşdırmalar zamanı N.M.-nın sevdiyi oğlanla mübahisə etdikdən sonra bu addımı atmaq istədiyi müəyyənləşib. (oxu.az)