Bakı MDB-nin ən romantik şəhərləri reytinqinin ilk beşliyində

5

“Bakı şəhəri MDB-nin ən romantik şəhərlərinin ilk beşliyinə daxil olub”.

Elchi.az  Trend-ə istinadən xəbər verir ki, bunu “TurStat” analitik agentliyi bildirib. Reytinq rusiyalı turistlərin iştirak etdiyi internet-sorğusu əsasında tərtib olunub.

İlk beşliyə həmçinin Gürcüstan paytaxtı Tbilisi, Qazaxıstanın paytaxı Astana, Belarus paytaxtı Minsk və Moldovanın Kişinyov şəhərləri daxil olub.

MDB-nin romantik şəhərləri sırasına həmçinin Bişkek və Almatı şəhərləri də daxil olub.