Bakı-Gəncə sürət elektrik qatarının marşrutu Ağstafaya qədər uzadıla bilər

1

“Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək hədəfləri açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Ağstafaya qədər uzadılmasını, Balakən istiqamətində dəmir yolu xəttinin yenidən qurulmasını, dəmir yolunda elektrikləşdirmənin səviyyəsinin artırılmasını, iki yeni deponun istifadəyə verilməsini planlaşdırır.