Bakı əhalisi 3 ayda ərzaq məhsullarına 5 milyard manat xərcləyib

5

2019-cu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3 faiz artaraq 4924,5 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 2241,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,9 faiz artaraq 2682,9 milyon manata bərabər olub.
Bildirilib ki, istehlak məhsullarının 25,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.