Badamdarda yenidən sürüşmə olub – FOTO

3

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov “Report”a açıqlamasında bildirib ki, hazırda Badamdar sürüşmə sahəsində monitorinq işləri aparılır:
“Hazırda sürüşmə ərazisində baş verən aktivliyin həcmi müəyyənləşməyib. Sürüşmə ilə bağlı monitorinqlərimiz davam etdirilir. Yaxın vaxtlarda sürüşmə ilə bağlı aktivliyin həcmi dəqiq müəyyən olunacaq”.
*** 
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.
“Report”un xəbərinə görə, sürüşmə Badamdar şosesinin yaxınlığında qeydə alınıb.
Hazırda aidiyyətli qurumların əməkdaşları sürüşmə baş verən əraziyə yollanıb.