Con Kerri maraqlı açıqlama verib
Elchi.az “Reuters”-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Katibi Con Kerri Suriya prezidenti Bəşər Əsədin getməsinin lazım olduğunu, lakin bunun dərhal baş verməsinin vacib olmadığını söyləyib. Con Kerri Londonda britaniyalı həmkarı Filip Hammondla görüşərkən bu açıqlamanı verib. Kerri Suriyada siyasi həll üçün səylərin təcili olaraq yenilənməsinin lazım olduğunu açıqlayıb. Suriyada həll üçün İran və Rusiyanın da yardımının lazım olduğunu, bu ölkələrin Bəşər Əsədi yola gətirəcəyinə inandığını bildirib.