Azercell tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur – FOTO

0

Fəaliyyəti boyunca daim tələbələrə dəstək olmaq məqsədilə müxtəlif proqramlar keçirən və karyera sərgilərində iştirak edən “Azercell Telekom” MMC növbəti dəfə tələbələ uğurlu karyera qurmaqda yardımçı olub.

 

Şirkət Bakı Ali Neft Məktəbi (BANM) və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin birgə təşkil etdiyi 2-ci “Karyera sərgisi”ndə iştirak edib. Əmək bazarında fəaliyyət göstərən aparıcı qurumların və yüzlərlə gəncin qatıldığı sərgidə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər.

Qeyd edək ki, sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin işlə təmin olunmalarına dəstək göstərmək, onlara müəssisələrdə mövcud iş vakansiyaları ilə yaxından tanış olmaq üçün şərait yaratmaqdır.

Daima gənclərin inkişafına yönəldilmiş layihələri ilə seçilən Azercell şirkəti bu istiqamətdə fəaliyyətini gələcəkdə də davametdirəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi vəsərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.