Qeyd edək ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edilməsidir. Azercell-in respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqlar, mütəxəssislərin müayinəsindən keçir, gözlərin qorunması üçün zəruri məsləhətlər alırlar. “Mobil Göz Klinikası” Bakı şəhəri daxil olmaqla Azərbaycanın əksər rayonlarında uşaq və ahıllar evlərini, məktəbləri ziyarət edir. 2017-ci ildə Azercell “Mobil Göz Klinikası”nda Bakıvə bölgələrdən 1426 nəfər pulsuz göz müayinəsindən keçib.
Əsədovdan motosikletlərlə bağlı qərar
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib....