AZAL Bakıdan Dehliyə birbaşa uçuşlara başlayır

9

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 25-dən Bakıdan Hindistanın paytaxtı Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

AZAL-dan “Report”a verilən məlumata görə, uçuşlar hər həftənin çərşənbə axşamı günü ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə yerinə yetiriləcək. 

Bu ilin payızından isə aviareyslərin sayı həftədə iki dəfə olacaq.