Aparıcı Lətafət Ələkbərova Türkiyədə keçiriləcək “Beynəlxalq Diplomatlar Birliyinin” təşkil etdiyi sənət nümayəndələri və iş adamarının qatılacağı tədbirə dəvət alıb.
Elchi.az axşam.az-a istinadən xəbər verir ki, qardaş ölkədə keçirilən “Yılın Altın Adamları” mükafatlandırma gecəsində “İlin uğurlu aparıcısı” mükafatına layiq görülən Lətafət gecədə aparıcılıq edəcək.
Onunla birlikdə səhnəni model Şebnem Şefır da bölüşəcək. Gecədə Bülent Ersoyun da iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, mükafatlandırma gecəsi “Kral TV”də yayımlanacaq.