Elchi.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib.
***
Bu gün Milli Məclisdə Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi məsələsi gündəliyə daxil edilib.
Əli Əsədov Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiridir.
Elchi.az Trend-ə istinadən bildirir ki, Milli Məclisin gündəliyinə ümumilikdə 14 məsələ daxildir.