APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarları barədə məruzələri dinlənilib.
Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.
Qeyd edək ki, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən təlimlər mərhələli surətdə sentyabrın 20-dək davam edəcək.