Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, müalicə – profilaktika müəssisələrində alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 21364 nəfərdir.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov məlumat verib.R.Süleymanov bildirib ki, qeydiyyatda olan xəstələr daha çox 60 və yuxarı yaş qrupundan olanlardır:“Belə ki, ümumilikdə 1268 nəfər 15-29 yaş arası, 3403 nəfər 30-39 yaş arası, 5910 nəfər 40-49 yaş arası, 6782 nəfər 50-59 yaş arası, 4001 nəfər isə 60 və yuxarı yaşda olan xəstələrdir”.
DSK rəsmisinin sözlərinə görə, 2017-ci il ərzində alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 618 nəfər təşkil edib:
“Səhiyyə statistikasına dair məlumatlar illik dövrülüklə ildə bir dəfə əldə olunur və 2018-ci ilin yekun nəticələri üzrə məlumatlar 2019-cu ilin may ayında hazır olacaq”.