Azərbaycanda İİV-dən vəfat edən şəxslərin sayı açıqlandı

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

Azərbaycanda İİV infeksiyası infeksiyası aşkar olunmuş və indiyədək yaşayan şəxslərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2018-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5937 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır.

Onlardan 4204-su (70,8%) kişi, 1733-i (29,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 2080 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 904 nəfər olub.

Qeyd edək ki, bui din 6 ayı ərzində İİV-ə yeni yoluxma halları 306 təşkil edib. Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşlarında, 8-i (2,6%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 298 yerli sakinlərdən 193-i (64,8%) kişi, 105-i (35,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 74 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib və İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Elchi.az-a Milli...

Next Post

Son xəbərlər