Azərbaycan rejissor Şəhriyyar Nadir tanınmış jurnalist Pərviz Əzimovu təhdid edib.
Arqument.az xəbər verir ki, bu barədə status yazan Şəhriyar Nadir jurnalist Pərviz Əzimovu döymək istəyib, o isə bunun qarşılığında rejissoru əngəlləyib. Daha sonra statusunda Şəhriyyar Nadir qeyd edir: “Nömrəsi var məndə. Nə olur olsun əlimə düşəcəksən dovşan. Sənin o qulaqlarını kəsib qoyun itinə döndərəcəyəm”.
Bundan da ürəyi soyumayan Şəhriyar Nadir kriminal jurnalist Mahir Məmmədliyə məlumat verib ki, sabah onun üçün yeni kriminal material olacaq.
Jurnalist Pərviz Əzimov açıqlamasında bildirib ki, təhdid və təhqirlərdən məlumatlıdır: “Bununla bağlı Daxili İşlər Naziri Ramil Usubova artıq müraciət ünvanlamışam. Gözləyirəm məsələyə rəsmi açıqlama verilsin”.
Hadisənin səbəblərinə gəlincə isə P. Əzimov qeyd etdi ki, ötən gecə axşam saatlarında “Facebook” sosial şəbəkəsində bir neçə şəxslə Azərbaycanın tarixi mövzusunda müzakirə aparırdıq: “Birdən heç vaxt tanımadığım, Şəhriyyar Nadir adlı şəxs ünvanıma aşağılayıcı sözlər yazmağa başladı. Hansı ki, etdiyimiz müzakirələr zamanı ona ünvanlanacaq heç bir fikr yazmamışam. Daha sonra həmin şəxsi şəxsi mesaj yazaraq, məni daha sərt formad təhqir etməyə, sabah (P.Ə. Bu gün) məni tapıb döyməklə hədələdi. Yazdığı təhqirlərə heç bir cavab yazmadığım təqdirdə, məni hədələdi ki, əgər polisə məlumat versəm, mənim üçün daha pis olacaq. Bundan da əsəbləri soyumayan həmin şəxs gecə saat 04:00 radələrində şəxsi nömrəmə zəng etdi, amma telefonlarına cavab vermədim. Səhər isə durub gördüm ki, belə bir şey yazıb. Mən də sonda aidiyyatı qurumlara müraciət göndərdim. Yazdığı bütün təhqir və hədələri fotofakt kimi saxlamışam”.
Arqument.Az