Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub. “Report”un Cənub Mərkəzi xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb. Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.
Hadisə nəticəsində Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı xəsarət alıb. “Report”un Cənub Mərkəzi xəbər verir ki, ona baş-beyinin silkələnməsi, sifət nahiyəsinin əziyi diaqnozu qoyulub. O, hazırda reanimasiyadadır.
Bildirilir ki, qəzaya düşənlər iki ailənin üzvləridir və toya gedirlərmiş. Bunlar Lerik rayon sakini 1998-ci il təvəllüdlü Tağıyev Rəşad Atalı oğlu, Lerik rayonu Kəlbəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır.
Ölən digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.