Azərbaycana gəlmək üçün 11 səbəb – “The Culture Trip”

181
SHARES
317
VIEWS

>

Bunu da oxuyun

Digər paytaxt şəhərləri ilə müqayisədə Bakı təhlükəsiz məkandır.

Elchi.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalında Azərbaycan haqqında yayımlanan məqalədə bildirilir.

Portalda ölkəmiz haqqında silsilə məqalələr yayımlanıb. Məqalələrdə Azərbaycanın görməli yerləri və turizm potensialı barədə ətraflı məlumat verilib.

Müəllif Sam Bedford təqdim etdiyi reportajlarında Azərbaycanın təbiəti, paytaxt Bakının simvolu olan Qız qalası, “Alov qüllələri” kompleksi, Atəşgah məbədi barədə ətraflı söz açır. O, Azərbaycanda turistlərin diqqətini cəlb edə biləcək kifayət qədər gözəl məkanların olduğunu vurğulayır.

“Azərbaycana gəlmək üçün 11 səbəb” adlı məqalədə Bakının tarixi yerləri, qədim tikililəri və müasir binaları haqqında məlumatlar yer alıb. Dünyanın böyük şəhərlərində təmizliyin problem olduğunu deyən müəllif Bakının indiyədək gördüyü ən təmiz şəhərlərdən biri olduğunu vurğulayır: “Bakı bulvarı Bayraq və Azadlıq meydanları daxil olmaqla bir neçə kilometr uzanır. “Ağ Şəhər”dən başlayaraq “Alov qüllələri”nədək olan istiqamətdə bulvar boyunca alış-veriş mərkəzləri, kafe və restoranlar yerləşir. Digər paytaxt şəhərlərlə müqayisədə Bakı təhlükəsiz məkandır. Burada gecələr də rahat gəzib istirahət etmək mümkündür”.

Müəllifin “Azərbaycanda 24 saatı necə keçirmək olar”, “Azərbaycana 2 həftəlik səyahət marşrutu”, “Azərbaycana ən yaxşı turlar”, “Bakıda 20 görməli yer”, “5 ən yaxşı çimərlik” başlıqlı yazılarında qədim İçərişəhər, Şirvanşahlar sarayı, Azərbaycan Xalça Muzeyi, məşhur Nizami küçəsi, Bakı Venesiyası və digər məkanlardan söz açılır. Sam Bedford bu məkanları dünyanın bir çox məşhur yerləri ilə müqayisə edir. Həmçinin müəllif Şəki, Gəncə, Quba, Lənkəran, Şamaxı, Qəbələ və Qazax haqqında da turizm həvəskarlarına məlumat verir. Yazılarda Azərbaycanda “ASAN Viza” sisteminin tətbiqindən də bəhs edilir.

Müəllif “Azərbaycanda turistlərə lazım olacaq 21 ifadə” yazısında ölkədə rus dilinin ikinci ən çox işlənən dil olduğunu bildirir. O, “salam”, “bəli”, “xeyr”, “buyur”, “sağ”, “sol”, “hələlik” də daxil olmaqla 21 ifadənin ingiliscə qarşılığını göstərərək səyahətə gələnlərin bu sözləri diqqətlə öyrənmələrini tövsiyə edir.

Sam Bedford, həmçinin Azərbaycan musiqisi barədə məlumat verir. “Azərbaycanın ən yaxşı pop musiqiləri” başlıqlı məqaləsində müəllif tanınmış estrada və pop ifaçılarına diqqət çəkir. 2011-ci ildə keçirilən “Avroviziya” mahnı müsabiqəsindən sonra Azərbaycanın daha çox məşhurlaşdığını bildirən müəllif muğamlarımıza və meyxana janrına da diqqət çəkir.

Bənzər yazılar

Next Post

Son xəbərlər