Gürcüstanda Tbilisi-Batumi magistral avtomobil yolunda qəza baş verib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Yaralananlar arasında Azərbaycan vətəndaşlarının olduğu bildirilir. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Gürcüstan Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırma aparır.