Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüşünün tarixi və yeri məlum olub.
Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər iyunun 20-də ABŞ paytaxtı Vaşinqtonda görüşəcəklər.
Danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.
Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında Qazaxıstanın təklifi ilə görüşün təşkili nəzərdən keçirilir, lakin dəqiq tarix hələ razılaşdırılmayıb. Elchi.az...