Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş aprelin 15-də Moskvada keçiriləcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyanbildirib.
Onun sözlərinə görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovda iştirak edəcək.
***
Azərbaycan XİN də görüşlə bağlı məlumay yayıb.
Nazirlikdən bildirilib ki, aprelin 15-də Moskva şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş keçiriləcək.