Bu ilin fevral ayında Azərbaycan Ukraynadan 1,9 min ton quş əti idxal edib.
“Report”un xəbərinə görə, bu barədə Ukraynanın Gömrük Xidmətinin məlumatları əsasında Ərzaq İxracı Məsələləri üzrə Şurası (UFEB) məlumat yayıb.
Məlumatda deyilir ki, 2 ay ərzində Ukrayna 69 min ton quş əti ixrac edib ki, bu da illik müqayisədə 42,7% çoxdur. Məhsulun alıcıları Azərbaycanla yanaşı keçən ay Səudiyyə Ərəbistanı (8,4 min ton), Hollandiya (4,4 min ton), Slovakiya (3,2 min ton), İran (1,5 min ton), Ermənistan (1,3 min ton), Almaniya (1,3 min ton) və Moldova (1,14 min ton) olub.
Quş əti ixracını artıran Ukrayna əvəzində idxalı 24% azaldaraq 21,4 min tona endirib.