Bu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Elchi.az qafqazinfo-ya istinadən xəbər verir ki, təmsilçimiz Aysel Məmmədova (Aisel) “X my heart” mahnısı ilə 1 nömrə altında çıxış edib.
İkinci yarımfinala çıxan ölkələrin siyahısı belədir: Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya.
Azərbaycan, İslandiya, Belçika, Belarus,Yunanıstan, Ermənistan, İsveçrə, F.Y.R. Makedoniya, Xorvatiya isə finala keçməyib.
Müsabiqəyə 43 ölkə qatılıb. “Eurovision-2018″in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.