Elchi.az  ordu.az-a istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın STV televiziyasına verdiyi müsahibəsində danışıb.

“Azərbaycan bizim möhkəm partnyorumuzdur. Biz həmişə onun beynəlxalq təhlükəsizliyə və NATO-nun Əfqanıstandakı səylərinə töhfəsini yüksək dəyərləndiririk”, – deyə o bildirib.

Xüsusi nümayəndə həmçinin qeyd edib ki, Azərbaycan NATO-nun sülhməramlı missiyası çərçivəsində alyansa tranzit imkanlar təmin edir.

“Bizim yaxşı əməkdaşlıq əlaqələrimiz var və bunun davamlı olmasına ümid edirəm”, – deyə o əlavə edib.