Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb

0

Azərbaycanda işsizlik səviyyəsi 40-45 faizdən 14 faizədək azalıb.

Elchi.az  Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Sahibkarlıq, iqtisadi siyasət və sənaye komitəsinin sədri Ziyad Səmədzadə “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.

O bildirib ki, Azərbaycan bu gün müxtəlif irimiqyaslı layihələr keçirir, borc alan ölkədən digər ölkələrə borc verən ölkəyə çevrilib.

Z.Səmədzadənin sözlərinə görə, Azərbaycan bu gün 150 aparıcı ölkə xarici ticarət münasibətlərini dəstəkləyir.

O əlavə edib ki, ölkədə yoxsulluq səviyyəsi 80 faizdən 5-6 faizədək azalıb.