Azərbaycanda dələduzluq edən şəxs Rusiyada saxlanılıb

3

Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo hava limanında polis tərəfindən federal axtarışda olan 37 yaşlı şəxs saxlanılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, o, Azərbaycanda yol verdiyi dələduzluq əməlinə görə axtarışa verilib.

Bir ildir axtarışda olan saxlanılan şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham olunur.