Azərbaycan minik avtomobillərinin istehsalını 5 dəfə artırıb

21

Bu ilin birinci rübündə Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 mln. manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,6% azdır.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, hesabat dövründə ölkədə 283 ədəd minik avtomobili istehsal olunub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.

Məlumata əsasən, yanvar-mart aylarında Azərbaycanda traktor istehsalı 31,8% azalaraq 313 ədəd təşkil edib.