Azərbaycan avtomobil idxalını 2 dəfədən çox artırıb

8

Bu ilin yanvar-mart aylarında Azərbaycana 7 978 ədəd avtomobil idxal edilib.

Elchi.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,3 dəfə artaraq 44-ə, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2,3 dəfə artaraq 7 250-yə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2,03 dəfə artaraq 643-ə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 3,2 dəfə artaraq 41-ə çatıb.