Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” klubunun rəqibi olan İspaniya “Atletiko”sunun yeni inşa edilən stadionunda problem aşkarlanıb. |
Madrid təmsilçi rəsmi “Twitter” səhifəsi vasitəsilə azarkeşlərə müraciət edərək, onları sakit olmağa səsləyib: “Biz hələ damın quraşdırılması ilə məşğuluq. Arxayın olun, sentyabrın 16-da hər şey ideal olacaq”.
“Atletiko” “Estadio Metropolitano”da ilk oyununu sentyabrın 16-da İspaniya La Liqasının IV turu çərçivəsində “Malaqa”ya qarşı keçirəcək. Madriddəki 68 min nəfərlik arenada ilk ÇL matçı sentyabrın 27-də “Atletiko” ilə “Çelsi” arasında olacaq. Daha sonra həmin stadionda “Qarabağ” oynayacaq. Bu, 31 oktyabra təsadüf edəcək.
Qeyd edək ki, “Estadio Metropolitano” 2018/2019 mövsümündə Çempionlar Liqasının final matçının keçirilməsi uğrunda mübarizədə Bakı Olimpiya Stadionunun yeganə rəqibidir. Bununla bağlı yekun qərar sentyabrın 21-də açıqlanacaq.