Atatürk parkında kafe və restoranların 80 faizi sökülüb – VİDEO

55

Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkında kafe və restoranların 80 faizi sökülüb.

Bunu “Report”a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Nəzаrət şöbəsinin müdiri Zülfəli İsmayılov deyib.

Şöbə müdiri bildirib ki, söküntünün qalıqları təmizləndikdən sonra parkda abadlıq, yenidənqurma işləri aparılacaq.